"Zirə"nin futbolçusu Ruan Renato "Şerif"ə (Moldova) qarşı UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu öncəsi "Dalğa Areana"da gerçəkləşən mətbuat konfransında matçı dəyərləndirib.
Apasport.az xəbər verir ki, braziliyalı legioner daha sonra jurnalistlərin suallarını cavablandırıb:
"İlk oyundan daha gərgin matç olacaq. Çünki ilk oyundan sonra rəqibin də müəyyən hazırlıq prosesi olub. Daha hazırlıqlı, motivasiyalı gələcək. Doğma azarkeşlər önündə oynadığımızı nəzərə alsaq, ümidvaram ki, mərhələni biz keçərik. Onların dəstəyinə ehtiyacımıza var".
- Hesab xeyrimizə olsa da, sizi narahat edən nədir?
- Baş məşqçimizin də qeyd etdiyi kimi, ikinci oyunda rəqib daha motivasiyalı, daha hazırlıqlı gələcək. Müəyyən komponentlərdə yaxşı oynayırlar. Hər top uğrunda mübarizə aparan "Şerif" görə bilərik. Birinci oyunda qazandığımız nəticə bizi növbəti mərhələyə daşımır. Hər birimiz sabah bütün komponentlərdə diqqətli olmalıyıq. Yaxşı müdafiə olunub, hücumda da şansları axtarmalıyıq.