Yan Oblak “Çelsi” yolunda
07.05.2024 - 12:35
Yan Oblak “Çelsi” yolunda

Sloveniya millisinin və "Atletiko Madrid"in qapıçısı Yan Oblak karyerasını Premyer Liqada davam etdirə bilər. 

Apasport.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı qolkiper "Çelsi”nin marağındadır. “Atletiko Madrid” ingilislərdən yaxşı təklif alarsa, sloveniyalını satmağa hazırdır.

“Transfermarkt” portalı futbolçunun dəyərini 30 milyon avro olaraq qiymətləndirir.

Xatırladaq ki, qapıçı 2014-cü ildən “Atletiko”da çıxış edir. 

writer photo
Əlirza Əlirzalı
0