“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov daha bir xarici klubdan aldığı təklifdən imtina edib.
Apasport.az saytının məlumatına görə, bunu rusiyalı jurnalist İvan Karpov açıqlayıb.
50 yaşlı mütəxəssisin xidmətində “Ximki” maraqlı olub. Klub rəhbərliyi Nikolay Pisarevin istefasından sonra məhz Qurbanovla danışıqlar aparıb.
Lakin mütəxəssis bu təklifi qəbul etməyib. Qurbanov fəaliyyətini “Qarabağ”da davam etdirməyə üstünlük verib. Nəticədə “Ximki”ni vaxtilə “Alaniya”ya rəhbərlik edən Spartak Qoqniyevi bu vəzifəyə gətirilib.
Bu, Qurbanovun xarici təklifdən ilk imtinası deyil. Bir müddət əvvəl Türkiyə “Hatayspor”u da mütəxəssisi sükanı arxasında görmək istəsə də, çalışdırıcı təklifi geri çevirmişdi.
Qeyd edək ki, Premyer Liqanın 7 turundan sonra 7 xala malik “Ximki” 11-ci sırada qərarlaşıb.