“Sabah” 2 oyunda meydana çıxan legionerini yola salacaq
15.04.2023 - 17:55
“Sabah” 2 oyunda meydana çıxan legionerini yola salacaq

Avrokuboklara vəsiqə qazanan “Sabah” yayda heyətini gücləndirmək üçün islahatlar aparacaq.

Apasport.az saytının məlumatına görə, daxili yarışlardakı legioner limitini nəzərə alan Bakı klubunun vidalaşacağı futbolçular arasında əcnəbilər də olacaq.

“Qara siyahı”ya düşən ilk belə oyunçu İqor Qabrieldir. Mövsümün sonunda onunla yolların ayrılacağı gözlənilir.

2022-ci il fevral ayında paytaxt təmsilçisinə keçən “Fluminense”nin yetirməsi baş məşqçi Murad Musayevin planlarına daxil deyil. Masazır təmsilçisində özünü təsdiqləyə bilmədiyi üçün “Lvov”a icarəyə verilən braziliyalı müdafiəçi iyunun 30-da geri qayıtmalıdır. Amma rusiyalı mütəxəssis “Sabah”la müqaviləsi 2024-cü il dekabrın 31-nə qədər olan İqora ehtiyac duymur. Bu üzdən də 24 yaşlı futbolçunun yayda göndərilməsi, ya da ən azı yenidən icarəyə veriləcəyi gözlənilir.

Qeyd edək ki, Qabriel “Sabah”da cəmi 2 oyun keçirib.

writer photo
Əlirza Əlirzalı
0