Möcüzə gözləyən “41-lik”
14.12.2022 - 18:00
Möcüzə gözləyən “41-lik”

DÇ-2022-nin həlledici oyunlarında Mərakeşi təkcə afrikalılar deyil, proqnozsevərlər də dəstəkləyəcək.

Apasport.az saytının məlumatına görə, Afrika təmsilçisinin Qətərdəki mundialda çempion olacağına mərc edənlər bu komandanın daha iki sensasiyaya imza atacağına ümidlidir.

Onların bu gün Fransanı, dörd gün sonra Argentinanı udmasını arzulayanlar çox olmasa da, müəyyən qədər var. Dünyanın aparıcı bukmeker kontorlarından biri Mərakeşin çempionluğuna pul qoyan müştərilərinin ümumi sayını açıqlayıb.

41 better qarşıdakı günlərdə afrikalılara azarkeşlik edəcək. Onlar mundial ərəfəsində əmsalın 300-ə bərabər olduğu vaxt bu yığmanın çempionluğuna proqnoz verib. 

Bukmeker kontoru ən böyük ödənişin 10 avro olduğunu da açıqlayıb. Həmin müştəri İrlandiya vətəndaşıdır. O, 3000 avro uduşun iki addımlığındadır.
 

writer photo
Əlirza Əlirzalı
0