“Barselona” maaşları azaldır
14.06.2023 - 14:09
“Barselona” maaşları azaldır

“Barselona” klubunda yeni mövsümdən maaşların azaldılması nəzərdə tutulub.

Apasport.az saytı xəbər verir ki, İspaniya klubu ötən mövsüm futbolçuların əməkhaqqısına 656 milyon avro sərf edib.

Maliyyə vəziyyətini düzəltmək üçün müxtəlif planlar həyata keçirən Kataloniya təmsilçisində hədəf məbləği 450 milyon avroya endirməkdir.

Serxio Busquets, Jordi Alba, Gerard Pique və Memfis Depayın gedişindən sonra pulu 530 milyona qədər azaldan “Barselona”da növbəti addım başqa klublara icarəyə verilmiş futbolçuların satışını həyata keçirməkdir. Bundan başqa, qadınlardan ibarət futbol, eləcə də basketbol, həndbol və futzal komandalarının da əməkhaqqılarında azalma olacaq.

Qeyd edək ki, maliyyə feyr-play qaydalarını pozmaqda günahlandırılan komanda son mövsümdə La Liqanı çempion kimi bitirib.
 

writer photo
Əlirza Əlirzalı
0