Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha iki oyunu keçirilib.
Apasport.az xəbər verir ki, günün son oyununda "Turan Tovuz" "Sabah"la qarşılaşıb.
"Bayquşlar" Tovuz şəhər stadionunda "Turan Tovuz"un qonağı olub. Saat 19:00-da başlanan görüş paytaxt təmsilçisinin qələbəsi ilə başa çatıb: 3-2
Azərbaycan Premyer Liqası, XIII tur
19:00. “Turan Tovuz” – “Sabah” 2-3
Qollar: D. Volkovi 9, 25, 42, F. Nəbiyev 35, Bruno, 37,
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tovuz şəhər stadionu
Qeyd edək ki, turun “Zirə” – “Qəbələ” və “Qarabağ”– “Səbail” oyunları noyabrın 12-də gerçəkləşəcək. Ötən gün isə "Kəpəz" "Araz-Naxçıvan"ı minimal hesabla üstələyib - 1:0.