"Sabah" Ukrayna klubu "Rux"a qalib gəlib
17.07.2024 - 21:35
"Sabah" Ukrayna klubu "Rux"a qalib gəlib

Sloveniyada təlim-məşq toplanışı keçən "Sabah" bu gün növbəti yoxlama matçına çıxıb.

Apasport.az xəbər verir ki, Bakı təmsilçisi Ukrayna "Rux"u ilə üz-üzə gəlib. 

"Sports park Radomlye"də keçirilən matç "Sabah"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Sabah" daha əvvəl keçirdiyi yoxlama görüşlərində "Koper"ə (Sloveniya) 1:0 hesabı ilə qalib gəlib, Serbiya "Çukariçki"si (0:0) və Ukrayna "Krivbas"ı (2:2) ilə isə heç-heçə edib.

writer photo
Əlirza Əlirzalı
0