Rabiodan tələb: 10 milyon
30.12.2022 - 15:00
Fransa millisinin futbolçusu Adrien Rabyo “Yuventus”la müqaviləni uzatmağa razılıq verib.
Apasport.az saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi İtaliya klubu qarşısında öz şərtlərini irəli sürüb.
O, maaşının artırılmasını tələb edib. Rabionun illik maaşı bonuslarsız 7 milyon avrodur.
Fransalı yeni anlaşma ilə 10 milyon qazanmaq istəyir. Əgər turinlilər bu şərti qəbul etməsə, Adrien yayda azad agent statusu alacaq.
Qeyd edək ki, yarımmüdafiəçinin xidmətində İngiltərə klubları maraqlıdır.
0
0