"Sabah" və "Sumqayıt"ın Konfrans Liqasındakı rəqibləri bəlli olub - YENİLƏNİB
19.06.2024 - 16:32
"Sabah" və "Sumqayıt"ın Konfrans Liqasındakı rəqibləri bəlli olub - YENİLƏNİB

Bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçiləri “Sabah” və “Sumqayıt”ın da rəqibləri bəlli olub.

İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada "Sabah" Hayfa "Makkabi"sinə (İsrail) rəqib olub. "Sabah" ilk oyununu səfərdə keçirəcək.

"Sumqayıt" isə bu mərhələdə “Fehervar”la (Macarıstan) qarşılaşacaq. "Sumqayıt" ilk matçını öz meydanında keçirəcək.

Qeyd edək ki, 2-ci turun oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0