"Səbail"dən ayrılan Nir Bardeanın yeni klubu müəyyənləşib
08.07.2024 - 20:59
"Səbail"dən ayrılan Nir Bardeanın yeni klubu müəyyənləşib

"Səbail"dən ayrılan Nir Bardeanın yeni klubu müəyyənləşib.

Apasport.az xəbər verir ki, 28 yaşlı mərkəz müdafiəçisi karyerasını Rumıniyada davam etdirəcək.

Rumıniya vətəndaşlığı olan israilli oyunçu "Şepsi"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli futbolçu Super Liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Nir Bardea 2023/2024 mövsümünü "Səbail"də keçirib. O, Bayıl təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0