“Sabah”a 3200 manatlıq cərimə
26.08.2022 - 12:40
“Sabah”a 3200 manatlıq cərimə

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, komitə Misli Premyer Liqasında II və III turun matçlarında qeydə alınan neqativ hallara hüquqi qiymət verib.

II turda “Zirə” ilə görüşdə 4 futbolçusu sarı vərəqə alan “Sabah” 800 manat cərimələnib. “Qarabağ”la qarşılaşmada isə “Sumqayıt”ın 5 oyunçusu “sarıya qonaq” olduğu üçün “kimyaçılar” eyni məbləğdə cərimə ödəməli olacaq.

“Səbail” – “Turan Tovuz” matçında meydana kənar şəxslər daxil olduğu üçün birincilər 1600 manat cərimə edilib.

“Sabah”ın III turda “Neftçi” ilə qarşılaşmada da 4 üzvü sarı vərəqə alıb. Bu, bakılıların daha 800 manat ziyana düşməsinə səbəb olub. Həmçinin meydana kənar şəxslər daxil olduğu üçün ev sahibləri 1600 manat da cərimələnib. “Sabah” ümumilikdə AFFA-ya 3200 manat ödəniş edəcək.

“Kəpəz” – “Qəbələ” oyununda da meydana kənar şəxslər daxil olub. Bu, gəncəliləri 1600 manat ziyana salıb.

writer photo
Əlirza Əlirzalı
0