11 ildən sonra vida
12.07.2023 - 21:46
Sloveniyalı qapıçı Samir Handanoviç “İnter”i tərk edib.
Apasport.az-ın məlumatına görə, o, komandada 11 mövsüm keçirib.
Handanoviç “İnter”in tarixində önəmli yerlərdən birini tutub. O, komandanının kapitanı olub və heyətdə 455 oyun keçirib. Samir bu statistika ilə İvan Kordoba ilə 10-cu yerləri bölüşür.
Qeyd edək ki, Handanoviç komanda ilə İtaliya çempionu olub və iki dəfə ölkə kubokunu qazanıb.
0
0