“Qalatasaray”dan Buruka jest
03.04.2023 - 15:31
“Qalatasaray”dan Buruka jest

“Qalatasaray” baş məşqçi Okan Buruka növbəti dəfə jest edib.

Apasport.az saytı xəbər verir ki, rəhbərlik 49 yaşlı məşqçinin gələn mövsüm almalı olduğu illik 20 milyon türk lirəsi (1770573 manat) maaşını 50 faiz artıraraq 30 milyona (2655860 manat) çatdırıb.

Buna komandanın son matçlarda göstərdiyi performans səbəb olub. 

Qeyd edək ki, “Qalatasaray” Türkiyə Super Liqasında 26 matçdan 63 xal toplayıb. Komanda əzəli rəqibi “Fənərbaxça”nı 9 xal qabaqlayaraq turnir cədvəlinin zirvəsində yer alır.

writer photo
Əlirza Əlirzalı
0