"Sabah"ın legioneri 4 oyunluq cəzalandırıldı
16.05.2024 - 12:28
"Sabah"ın legioneri 4 oyunluq cəzalandırıldı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 

Apasport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

10.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIV turun “Neftçi” – “Kəpəz” oyununun 75-ci dəqiqəsində “Kəpəz” klubunun 88 nömrəli futbolçusu Şakir Seyidov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Kəpəz” klubu 1500 manat cərimə edilir (maddə 39.1);

11.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIV turun “Zirə” – “Qarabağ” oyununun 89-cu dəqiqəsində “Zirə” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Zirə” klubuna xəbərdarlıq edilir (maddə 43.7);

11.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIV turun “Zirə” – “Qarabağ” oyununda “Qarabağ” klubunun  4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” klubu 700 manat cərimə edilir (maddə 37);

12.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIV turun “Sumqayıt” – “Səbail” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 51.2);

12.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIV turun “Qəbələ” – “Sabah” oyununun 65-ci dəqiqəsində “Sabah” klubunun 18 nömrəli futbolçusu Davit Volkov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, “Sabah” klubu 3000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 40.3);

14.05.2024-cü il tarixində II Liqada XXV turun “Ağdaş” – “Şəfa” oyununda “Ağdaş” klubunun  4 futbolçusu sarı vərəqə aldığına görə “Ağdaş” klubu 70 manat cərimə edilir (maddə 37);

14.05.2024-cü il tarixində II Liqada XXV turun “Ağdaş” – “Şəfa” oyununun 64-cü dəqiqəsində “Ağdaş” klubunun 20 nömrəli futbolçusu Şəhriyar Kərimli ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Ağdaş” klubu 150 manat cərimə edilir (maddə 39.1);

14.05.2024-cü il tarixində II Liqada XXV turun “Lerik” – “Kür-Araz” oyununa Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən matç gec başladığına görə “Lerik” klubu 100 manat cərimə edilir (maddə 72.4);

14.05.2024-cü il tarixində II Liqada XXV turun “Sheki City” – “Qusar” oyununa Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən matç gec başladığına görə “Sheki City” klubu 100 manat cərimə edilir (maddə 72.4);

14.05.2024-cü il tarixində II Liqada XXV turun “Sheki City” – “Qusar” oyununda “Sheki City” klubu matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “Sheki City” klubu 100 manat cərimə edilir (maddə 91);

11.05.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXIV turun “Neftçi-2” – “Kəpəz-2” oyununun 23-cü dəqiqəsində “Kəpəz-2” komandasının 44 nömrəli futbolçusu Nihat Fərəci ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Kəpəz-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);

11.05.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXIV turun “Neftçi-2” – “Kəpəz-2” oyununun 40-cı dəqiqəsində “Kəpəz-2” komandasının 70 nömrəli futbolçusu Nicat Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Kəpəz-2” komandası 300 manat cərimə edilir (maddə 43.3);

12.05.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXIV turun “Araz-Naxçıvan-2” – “Turan Tovuz-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilir (maddə 37);

13.05.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXIV turun “Sumqayıt-2” – “Səbail-2” oyununun 87-ci dəqiqəsində “Səbail-2” komandasının 38 nömrəli futbolçusu Zeynəddin Abdurahmanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Səbail-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);

13.05.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXIV turun “Qəbələ-2” – “Sabah-2” oyununun 89-cu dəqiqəsində “Qəbələ-2” komandasının məşqçisi Elçin Rzazadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qəbələ-2” komandası 100 manat cərimə edilir (maddə 42.4);

12 may 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən Göyəzən PFK - Şimal FK oyununda Göyəzən PFK komandasının heyətində 44 nömrəli futbolçu Tural Əliyev qarşılaşmanın 3-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə aldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);

12 may 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən Hypers FC - Ümid FK (Saatlı) oyununda Ümid FK (Saatlı) komandasının heyətində 97 nömrəli futbolçu Eyyub Vahidov qarşılaşmanın 83-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 41);

11 may 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən İCBFA - Qarabağ FK oyununda İCBFA komandasının heyətində 17 nömrəli futbolçu Mətləb Mirzə qarşılaşmanın 68-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə aldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);

11 may 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən İCBFA-Qarabağ FK oyununun 68-ci dəqiqəsində Qarabağ FK komandasının heyətində 15 nömrəli futbolçu Ayxan Quliyev oyunun bərpasını ləngitdiyinə görə ikinci sarı vərəqə aldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);

9 may 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən Kəpəz PFK - Universal Football Academy oyununda Kəpəz PFK komandasının heyətində 8 nömrəli futbolçu Turan Axundzadə qarşılaşmanın 69-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə aldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);

9 may 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən Neftçi PFK-European Football Academy oyununda European Football Academy komandasının heyətində 14 nömrəli futbolçu Kənan Aslan qarşılaşmanın 50-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılsın (maddə 43.3);

9 may 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən European Football Academy – Sabah FK oyununda Sabah FK komandasının heyətində 20 nömrəli futbolçu Emil Məmmədov qarşılaşmanın 68-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə aldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);

9 may 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən European Football Academy – Sabah FK oyununun 68-ci dəqiqəsində Sabah FK komandasının köməkçi məşqçisi Nəbi Nəbizadə hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalandırılsın (maddə 43.4);

11 may 2024-cü il tarixində AFFA U-11 Liqasında keçirilən Sumqayıt FK - Neftçi PFK oyununun 23-cü dəqiqəsində Sumqayıt FK komandasının baş məşqçisi Vüsal Əsədov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 42.4);

11.04.2024-cü il tarixində Yüksək Qızlar Liqasının keçirilməsi nəzərdə tutulan Baku Juniors-Olimpiya (Ağcabədi) oyunu Olimpiya (Ağcabədi) komandasının oyuna gəlməməsi səbəbindən baş tutmadığına görə Olimpiya (Ağcabədi) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);

12 may 2024-cü il tarixində AHFF-nin birinciliyi Həvəskar liqasının III turu çərçivəsində keçirilən Xanlıq FK-Balaxanı FK oyununda Xanlıq FK komandasının heyətində 16 nömrəli futbolçu  Elşad Hacıyevin qarşılaşmanın 70-ci dəqiqəsində hakimə etiraza görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5).

writer photo
Əlirza Əlirzalı
0