Azərbaycan millisində ən çox oyun keçirən futbolçuların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvələ ən azı 50 matç keçirənlər daxil edilib.
İlk görüşünə 1992-ci ildə çıxan yığmanın tarixində 19 futbolçu bunu bacarıb. Rəşad Sadıqov millinin rekordçusudur.
Karyerasını davam etdirənlər arasında rekord Maksim Medvedevə məxsusdur. O, sıralamada ikincidir. İlk “üçlüy”ü Aslan Kərimov qapayır.
1. Rəşad Sadıqov - 111
2. Maksim Medvedev - 81
3. Aslan Kərimov - 80
4. Kamran Ağayev - 79
5. Qara Qarayev - 77
6. Mahir Şükürov - 76
7-8. Mahmud Qurbanov - 75
Tərlan Əhmədov - 75
9. Qurban Qurbanov - 68
10. Bədavi Hüseynov - 66
11. Emin Ağayev - 65
12. Vüqar Nadirov - 61
13-14. Cavid Hüseynov - 60
Rahid Əmirquliyev - 60
15. Vaqif Cavadov - 58
16. Ruslan Abışov - 56
17. Aleksandr Çertoqanov - 54
18-19. Ramil Şeydayev - 52
Emin Quliyev – 52