"Everton"dan "Real"a
09.01.2024 - 14:07
"Everton"dan "Real"a

“Real” müdafiə xəttini gücləndirmək istəyir.

Apasport.az “Daily Mail”ə istinadla xəbər verir ki, Karlo Ançelotti “Everton” forması geyinən Cerred Brantueyti komandada görmək istəyir. Eder Militao və David Alabanın zədələnməsindən sonra 64 yaşlı italyan mütəxəssis futbolçuyla yaxından maraqlanır.

La Liqa lideri 21 yaşlı ingilis müdafiəçinin transferini yaxın günlərdə bitirmək istəyir.

Qeyd edək ki, "Transfermarkt" portalı Cerredin transfer qiymətini 25 milyon avro qiymətləndirib.

writer photo
Əlirza Əlirzalı
0