Poçettino "Çelsi"dən razıdır
27.09.2023 - 14:39
Poçettino "Çelsi"dən razıdır

"Çelsi"nin nəticələri düşündüyümdən pis deyil”.

Apasport.az saytı xəbər verir ki, komandanın baş məşqçisi Maurisio Poçettino London klubunun nəticələrini dəyərləndirib.

51 yaşlı argentinalı mütəxəssis startdakı durumu “normal” adlandırıb: “Əminəm ki, vəziyyəti dəyişmək imkanımız var. Nəticələr düşündüyümdən pis deyil. Biz bilirdik ki, yeni layihə həmişə çətin olur. Hər şey əleyhimizədir. Bizim çıxışlarımız daha çox xala layiqdir”.

Qeyd edək ki, çempionatın ilk 6 turundan sonra 5 xal toplayan “zadəganlar” turnir cədvəlinin 14-cü pilləsində yer alır.

writer photo
Əlirza Əlirzalı
0