Bir oyuna iki VARİANT
11.06.2022 - 11:26
Bir oyuna iki VARİANT

Bu gün Millətlər Liqasında əsas diqqətlər güclülərin divizionuna yönələcək.

Apasport.az saytının məlumatına görə. A liqasında Uelslə Belçika üz-üzə gələcək.

Futbol şərhçisi Denis Kazanski bu görüşə proqnoz verib. O, Uelsdəki qarşılaşmaya iki variant təklif edir:

Kardiffdə Uels Belçikanı qəbul edir ki, burada kifayət qədər qol olacaq. Mən buna əminəm. Çünki Uels hətta Niderlandın qapısına da yol tapmağı bacardı. Britaniyalıların çox az görüşü olub ki, qol vurulmayıb. 

Düşünürəm ki, Uels öz meydançasında Belçikaya qol vuracaq. Nəzərə alaq ki, Belçika müntəzəm olaraq qol buraxır. Belçika millisinin çoxgedişli həmlələri, meydanın rəqibə aid hissəsində şou xarakterli futbol nümayiş etdirmə potensialı var. Düşünürəm ki, bu qarşılaşmada həm komandalar qol vuracaq, həm də Belçika qalib gələcək.

Proqnozum: 2 və Qol/Qol

writer photo
Əlirza Əlirzalı
0