"Şamaxı" yeni hücumçu transfer edib
13.08.2024 - 22:35
"Şamaxı" yeni hücumçu transfer edib

“Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Premyer Liqada mübarizə aparan klub almaniyalı futbolçu Leroy Mikelsi rənglərinə bağlayıb.

29 yaşlı hücumçu ilə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mikelsin son komandası Səudiyyə Ərəbistanın “Əl Taraji” klubu olub.

writer photo
Əlirza Əlirzalı
0