“Real” futbolçu almayacaq
07.11.2023 - 20:03
“Real” futbolçu almayacaq

“Real” qış transfer pəncərəsində futbolçu almayacaq.

Apasport.az xəbər verir ki, bunu İspaniya klubunun baş məşqçisi Karlo Ançelotti açıqlayıb.

O, qış transfer dönəmində klubun heç bir oyunçu almayacağını bildirib: “Yanvarda heç bir futbolçu ilə müqavilə imzalamayacağıq. Hesab edirəm ki, yanvar transfer bazarı bizim üçün qapalıdır. Militao və Kurtua mövsümün sonuna qədər komandaya qoşulacaqlar”.

61 yaşlı italiyalı mütəxəssis yay transfer dönəmində kluba yeni oyunçu cəlb edə biləcəyini deyib: “Bəlkə də, yayda transfer reallaşdırdıq. İzləyək, görək”.

writer photo
Əlirza Əlirzalı
0