"Şamaxı"nın yeni baş məqçisi bəlli oldu
27.11.2023 - 19:21
"Şamaxı"nın yeni baş məqçisi bəlli oldu

Azərbaycan 1-ci liqa təmsilçisi “Şamaxı”nın yeni baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, bu vəzifəyə Ramiz Məmmədov gətirilib.

Ramiz Məmmədov İdarə heyətinin sədr müavini olmaqla yanaşı, mövsümün sonuna kimi komandanın baş məşqçisi kimi də fəaliyyət göstərəcək. 

Qeyd edək ki, bir neçə gün əvvəl Vüqar Əsgərli "Şamaxı"nın baş məşqçisi vəzifəsindən istefa vermişdi.

writer photo
Əlirza Əlirzalı
0