Samir Abasov: "Mutunun cavabını verməliydim"
11.11.2023 - 18:59
Samir Abasov: "Mutunun cavabını verməliydim"

Misli Premyer Liqasında günün ilk matçında "Neftçi" "Sumqayıt"ı qəbul edib.

Apasport.az xəbər verir ki, oyun Sumqayıtın eyniadlı komandasının 2-1 hesablı qalibiyyəti ilə başa çatıb. Matçdan sonra qonaqların baş məşqçisi Samir Abasov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 "Oyuna kimi sizə vəziyyəti danışım. Necə edək, nə edək? Vəziyyət çox gərgin idi. Nəyə görə? Rəqib kimi bizim skamyamız yoxdur. Oktavio, İssa, Ninqa və Kamran oyunu buraxdı. Necə edəcəkdik? Məcburi Səbuhini vinger kimi oynatdıq. Roy da vinger oynadı. Başımızı sındırdıq. Dünən gecə futbola baxırdım. Almaniya Bundesliqasında hansısa oyun gedirdi. Birdən bizim qrupa tanışlarımız video göndərdi. "Neftçi" TV video düzəldib. Sübhənallah. Dedim, bu nə yaxşı videodur. Tək istəyim o idi ki, bu gün gəlsin, oyun başlasın, görün, komandanı gör necə qızışdırıram. Bizə bonus veriləcək? "Neftçi" mediyanın böyüyü xanımdır? Sumqayıtda məndən oyundan sonra müsahibə alırdılar. İşıqlar söndü. Çıxıb gedə bilərdim. Qabiliyyətimi göstərdim. "Neftçi" TV-nin göstərdiyinə bu gün futbolçularımız cavab verdi. Bizim bonusdan həmin "Neftçi"nin mətbuat xidmətinin rəhbərinə də bonus düşür. Rəhbərliklə danışaq, onlara da bonus verək. Sağ olsunlar. "Sumqayıt"ın qələbəsində rolları oldu.

- Ötən oyundan sonra demişdiniz ki, bu qələbə kimlərəs sürpriz gələ bilər. Bu gün "Neftçi" üzərində qazanılan qələbə ictimaiyyətə təəccüblü gəlməlidir ?

Analizlər necə aparılır, mənim üçün müəmmalıdır. Son turlarda formada olan bizik. Neftçini analiz edən adam mən deyiləm. "Neftçi" bu oyuna kimi nələr edib, sualları onlara verərsiz. Bizim itkilərimiz var idi, "Neftçi" ev sahibidir, təbii ki, üstün tutulmalıydı. Ev sahibi avantajı da var idi, heyəti də genişdir. Dərin incəliklərə getsələr, bəlkə bu gün qələbə ehtimalını 50-50 saya bilərdilər. Amma mən də azarkeş kimi üstünlüyü "Neftçi"yə verərdim. Bu qələbə sürprizdir? Xeyr. Uduzduğumuz matçlarda da dominantlığımız olub. Bu gün layiqindən də çox qələyəyə layiq idik.

Matç başa çatandan sonra qələbə sevinci Mutuya cavab idi?

100 faiz idi. Cavabı verməliydik. Sumqayıtdakı matçda sakit durmuşdum. Mənə elə gəlir ki, "Neftçi"yə gələn baş məşqçilər "Sumqayıt"la oyuna elə hazırlayırlarki...Oyunlarımız gərgin keçirdi. Mən amili də var burada. 90-cı illərdə dünya çempionatında məhəllə söhbətlər var idi, İrana demişdilər ki, kimə uduzursan ud, ABŞ-a uduzma. Məncə, "Neftçi"də də belədir. Ki, "Sumqayıt"a uduzma. Qol vurub, üstümüzə tullanırsnsa, beılə şeylər sizin də başınıza gələcək.

"Neftçi" azarkeşləri sizə "Samir qədrini bilmədik" sözləri dedi...

Bu haqda fikir bildirməyim. Oyunumuza görə də alqışladılar. Bir qrup insan var ki, oyuna da önəm verir. "Neftçi" səhifələri var, bəlkə 100-dən 50-i söyəcək. Tərifləyənlər sağolsunlar. Mən "Neftçi" üçün əlimdən gələni etmişəm, canımı da qoymuşam, bacardığımı da etmişəm, daha çoxunu da edə bilərdim. "Neftçi"nin, jurnalistlərin fikri belədir. Xoş qismət elədir ki, "Sumqayıt"a qayıtmışam, buradan qalib çıxırıq. 

"Neftçi" ilə oyunlarda da sizin motivasiyanız xüsusidir?

Sizə elə gəlir. Əsla elə deyil. "Qəbələ"ni udmaq istəmirdik? Oyundan-oyuna fərq var. Bu gün topla oynamayan komanda aqressiv görünməyə bilər. Topsuz komanda daha aqressiv görünür. "Neftçi"nin özəlliyi və böyüklüyü budur ki, bütün komandalar aqressiv oynayır. "Neftçi" flaqmanımız, tariximiz, canımızdır. "Xəzər Sumqayıt"ın vaxtında da intriqalar var idi. Onda mən yox idim axı. "Neftçi"yə qarşı hamı belə oynayır. Biz də qalib gəlmək istəyirik.

writer photo
Əlirza Əlirzalı
0