Ronaldo və “doqquzluq”
01.01.2023 - 16:49
Ronaldo və “doqquzluq”

Milli komandada ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə planetin ən yaxşı 10 bombardiri yer alıb.

Siyahıya Kriştiano Ronaldo başçılıq edir. Portuqaliya millisinin hücumçusu 118 dəfə fərqlənib.

Onun 9 izləyicisi arasında yalnız iranlı Əli Daei 100 qol səddini adlamağı bacarıb. İlk “üçlüy”ü qapayan Lionel Messini isə yubileydən iki top ayırır.

“Onluq”da Asiyadan 5, Avropadan 3, Cənubi Amerika və Afrikanın hərəsindən bir oyunçu yer alıb. Burada heç bir ölkənin iki təmsilçisi yoxdur.

1. Kriştiano Ronaldo (Portuqaliya) - 118
2. Əli Daei (İran) – 109
3. Lionel Messi (Argentina) – 96
4. Moxtar Dahari (Malayziya) - 89
5-6. Ferens Puşkaş (Macarıstan/ İspaniya) - 84
Sunil Çetri (Hindistan) - 84
7. Ali Mabut (BƏƏ) - 80
8. Qodfri Çitalu (Zambiya) - 79
9-10. Husseyn Said (İraq) - 78
Robert Levandovski (Polşa) – 78
 

writer photo
Əlirza Əlirzalı
0