"Real Sosyedad" "Arsenal"ın təklifini rədd edib
21.08.2024 - 19:54
"Real Sosyedad" "Arsenal"ın təklifini rədd edib

İspaniyanın "Real Sosyedad" klubu "Arsenal"ın Mikel Merino üçün göndərdiyi transfer təklifini rədd edib.

Apasport.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

"Topçular" Merino üçün 35+5 milyon avroluq paket təklif etsələr də, İspaniya tərəfi birbaşa 40 milyon avro tələb edir.

Qeyd edək ki, Merinonun klubu ilə müqaviləsi 1 il sonra başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0