"Real" ardıcıl 20 matçdır məğlub olmur
11.01.2024 - 13:37
"Real" ardıcıl 20 matçdır məğlub olmur

İspaniya Superkubokunun yarımfinalında "Real" "Atletiko" ilə qarşılaşıb.

Apasport.az xəbər verir ki, Karlo Ançelottinin komandası 5:3 hesablı qələbə qazanaraq turnirin finalına yüksəlib.

Xatırladaq ki, “kral” klubu ardıcıl 20 matçdır uduzmur. Paytaxt nəhəngləri sonuncu dəfə sentyabrın 24-də “Atletiko”ya məğlub olub. 

Ançelottinin komandası növbəti matçını yanvarın 14-də İspaniya Superkubokunun finalında keçirəcək. Qarşılaşma Səudiyyə Ərəbistanındakı stadionda baş tutacaq.

Qeyd edək ki, Madrid təmsilçisinin rəqibi “Barselona” – “Osasuna” cütünün qalibi olacaq. 

 

writer photo
Əlirza Əlirzalı
0