Artetadan rekord: Vengerlə Qremi arxada qoydu
07.11.2022 - 14:00
Artetadan rekord: Vengerlə Qremi arxada qoydu

Mikel Arteta “Arsenal”ın baş məşqçisi kimi 150-ci oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, onun yubileyi Premyer Liqanın XV turunun “Çelsi” ilə görüşünə təsadüf edib.

London derbisindəki 1:0 hesablı qələbə mütəxəssisin bu postda 87-ci qalibiyyəti olub. Arteta “Arsenal”dakı ilk 150 matçda ən çox qələbə qazanan baş məşqçidir. O, hərəyə 82 uğuru olan Arsen Venger və Corc Qremi arxada qoyub.

Qeyde dək ki, Arteta 2011-16-cı illərdə “Arsenal”ın futbolçusu olub.
 

writer photo
Əlirza Əlirzalı
0