Samuel EtoO azarkeşi vurmasına aydınlıq gətirdi
06.12.2022 - 20:27
Samuel EtoO azarkeşi vurmasına aydınlıq gətirdi

“Dekabrın 5-də Braziliya – Cənubi Koreya matçı başa çatdıqdan sonra, ehtimal ki, Əlcəzair millisinin azarkeşi olan bir adamla münaqişə yaşadım. Duyğularımı idarə etmədiyim və etməməli olduğum şəkildə reaksiya verdiyim üçün üzr istəmək istəyirəm. Hadisəyə görə üzr istəyirəm".

Apasport.az xəbər verir ki, bunu Kamerun Futbol Federasiyasının prezidenti Samuel EtoO azarkeşi vurduğu hadisə ilə bağlı açıqlama verərkən deyib.

"Amma mən təkid edirəm ki, təxribat və təhqirlərə dözmək olmaz. Martın 29-da Kamerun – Əlcəzair matçından sonra davamlı hücumların və əsassız ittihamların hədəfinə çevrildim. Bəzi kamerunlu azarkeşlər də oxşar münasibətlə üzləşiblər.

Xatırlatmaq istəyirəm ki, Əlcəzair millisi son dərəcə üzücü, lakin tamamilə ədalətli məğlubiyyətə uğrayıb. Və Əlcəzair Futbol Federasiyasının bütün etirazları rədd edilib. Buna görə də mən Əlcəzair rəsmilərini məsuliyyəti öz üzərinə götürməyə və bu münaqişənin inkişafının qarşısını almağa çağırıram”, - deyə EtoO bəyanatında bildirib.

Qeyd edək ki, 2022-ci il dünya çempionatının Afrika seçmə mərhələsinin son oyununda Kamerun millisi əlavə vaxtda Əlcəzairi məğlub edib (2 oyunda ümumi hesab 2:2 olub). Nəticədə dünya çempionatına Əlcəzair yox, səfərdə vurduğu qol sayəsində Kamerun millisi vəsiqə qazanıb.

writer photo
Əlirza Əlirzalı
0