"Səbail"in baş məşqçisi bilindi - FOTO
28.12.2022 - 19:32
"Səbail"in baş məşqçisi bilindi - FOTO

Şahin Diniyev “Səbail” PFK-nın baş məşqçisi təyin olunub.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssislə 2023/2024-cü illər mövsümünün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Şahin Diniyev daha əvvəl baş məşqçi kimi “Terek” (Rusiya), “Qarabağ”, “Kəpəz”, “Rəvan” komandalarını və Azərbaycan milli komandasını çalışdırıb. Mütəxəssis son olaraq AFFA-nın Məşqçilər Komitəsinin üzvü kimi fəaliyyət göstərib.

writer photo
Əlirza Əlirzalı
0