"Qarabağ"da gözlənilməz ayrılıq - ÖZƏL
24.12.2023 - 14:51
"Qarabağ"da gözlənilməz ayrılıq - ÖZƏL

"Qarabağ"ın futbolçusu Julio Romao "Ferentsvaroş"dan təklif alıb.

Apasport.az saytına verilən məlumata görə, Macarıstan çempionu Romaonu transfer etmək üçün israr edir.

Adıçəkilən klubun braziliyalı üçün təklifi cəlbedici olub. Buna görə də, o, agenti ilə həmin təkliflə bağlı məsləhətlər aparmağa başlayıb. Beləliklə, futbolçunun mövsüm sonunda komandadan ayrılmaq ehtimalı ortaya çıxıb.

Saytımıza verilən məlumata görə, "Ferentsvaroş"un etdiyi təklif "Qarabağ"ın yeni müqavilə şərtlərindən daha yaxşıdır. Bu mənada, "Qarabağ"ın yeni müqavilə təklifini qəbul etməyəcəyi təqdirdə, Romaonun mövsümün sonundan komandadan ayrılacağı gözlənilir.

Çünki "Ferentsvaroş" 25 yaşlı yarımmüdafiəçi üçün "Qarabağ"a istədiyi məbləği də ödəməyə hazır olacaq.

writer photo
Əlirza Əlirzalı
0