Sabah Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində təmsilçimiz “Zirə” Moldovada “Şerif”lə üz-üzə gələcək.
Apasport.az xəbər verir ki, “Şerif”in baş məşqçisi Yuri Qura oyundan əvvəl mətbuat konfransı keçirib.
O, “Zirə”nin çox ciddi rəqib olduğunu və psixoloji hazırlığın cavibliyini vurğulayıb. Yuri Qura komandanın ümumi hazırlıq səviyyəsi barədə də danışıb:
“Sabahkı oyun bəzi oyunçular və mənim üçün ilk avrokubok təcrübəsi olacaq. Həm həyəcanlıyıq, həm də özümüzü göstərmək üçün həvəsli.
Yeni gələn futbolçularımızın bir çoxu artıq komandaya adaptasiya olublar, lakin istənilən halda, daha çox zamana ehtiyac var.
Hücumameyilli oynamaq istəyindəyik. Nəticəni hücum futbolu göstərərək əldə etmək lazımdır. İstəyirik ki, azarkeşlərimiz baxımlı futbol izləsinlər. Bunun üçün cəhd etmək lazımdır”.
Qeyd edək ki, “Şerif” – “Zirə” oyunu sabah Bakı vaxtı ilə 21:00-da “Şerif Arena”da baş tutacaq.