Şeydayev "Kocaelispor"dan qabaq "Qarabağ"ı istəyib
18.01.2024 - 20:21
Şeydayev "Kocaelispor"dan qabaq "Qarabağ"ı istəyib

“Kocaelispor”la müqavilə imzalayan Ramil Şeydayev “Qarabağ”a keçidə yaxın olub.

Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi Ramili geri qaytarmaqda maraqlı olub.

Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov sabiq futbolçusunu sərəncamında görmək istəyib. Lakin bu keçid sonda baş tutmayıb.

Millimizin futbolçu “Buriram Yunayted”dən ayrıldıqdan sonra “Qarabağ”la danışıq aparıb. Lakin maliyyə məsələsində tərəflər anlaşa bilməyib.

Buna görə də, o, sonda “Kocaelispor”la müqavilə imzalayıb.

writer photo
Əlirza Əlirzalı
0