Slovakiya – Azərbaycan: Kim şanslıdır?
22.09.2022 - 15:22
Slovakiya – Azərbaycan: Kim şanslıdır?

Millətlər Liqasının V turu çərçivəsində keçiriləcək Slovakiya - Azərbaycan görüşünün əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları öz meydanında mübarizə aparacaq rəqibimizi matçın favoriti sayırlar. 

Bu gün Trnavada baş tutacaq matçda Slovakiyanın qələbəsi 1,40, millimizin uğuru 8,60 əmsaldır. Qarşılaşmada heç-heçəyə 4,57 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0