Suareslə Qodin “11-lik”də
21.08.2022 - 16:18
Suareslə Qodin “11-lik”də

Uruqvay futbol tarixinin rəmzi komandası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, İFFHS ikiqat dünya çempionları üçün iki “11-lik” tərtib edib.

Bu komanda 3-3-4 sxemi ilə qurulub. Hazırda karyerasını davam edənlərdən Dieqo Qodin və Luis Suares də əsas “11-liy”ə layiq görülüb. Edinson Kavani isə ikinci heyətə daxil edilib.

Əsas “11-lik”

Qapıçı: Ladislao Mazurkieviç;

Müdafiəçilər: Xose Nasazzi, Xose Santamariya, Dieqo Qodin;

Yarımmüdafiəçilər: Obdulio Varela, Xose Leandro, Andrade, Entso Françeskoli;

Hücumçular: Luis Kubilya, Hektor Skarone, Luis Suares (Dias), Xuan Alberto Skyaffino.
 
Ehtiyat “11-lik

Qapıçı: Roke Maspoli;

Müdafiəçilər: Şubert Qambetta, Paolo Montero, Vllyam Martinez;

Yarımmüdafiəçilər: Lorenso Fernandes, Viktor Andrade, Pedro Roşa;

Hücumçular: Alsides Qiqqia , Dieqo Forlán, Edinson Kavani, Alvaro Rekoba. 
 

writer photo
Əlirza Əlirzalı
0