"Sumqayıt"dan Avropada yaşayan həmvətənlilərimizə çağırış
29.07.2024 - 11:26
"Sumqayıt"dan Avropada yaşayan həmvətənlilərimizə çağırış

"Sumqayıt" Avropada, xüsusilə də Macarıstanda yaşayan həmvətənlilərimizə çağırış edib. 

Apasport.az xəbər verir ki, klub bu barədə rəsmi sosial media hesabınlarında post paylaşıb. 

Bildirilib ki, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində baş tutacaq "Fehervar" - "Sumqayıt" matçını izləmək istəyən azarkeşlər link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçən azarkeşlər Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən biletlə təmin olunacaq.

writer photo
Əlirza Əlirzalı
0