Tahir Gözel Azərbaycan klublarını təbrik edib
02.08.2024 - 00:51
Tahir Gözel Azərbaycan klublarını təbrik edib

“Qarabağ”ın prezidenti Tahir Gözəl Avropa miqyaslı turnirlərə uğurlu start münasibətilə Azərbaycan klublarını təbrik edib.

Apasport.az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözel deyib.

O, Avropa kuboklarında uğulu çıxış edən Azərbaycan klublarını təbrik edib, onlara növbəti mərhələdə uğurlar arzulayıb: "Komandam “Qarabağ”ın Çempionlar Liqasına inamlı başlaması, rəqibini iki oyunun nəticəsinə görə böyük hesabla məğlub etməsi, “Zirə” və “Sabah”ın Konfrans Liqasında növbəti mərhələyə adlaması bizə böyük qürur və gələcək oyunlar üçün ümid verir. Avropa arenasında qazanılan hər bir qələbə, keçilən hər bir mərhələ Azərbaycan futbolu adına irəliyə doğru atılmış bir addımdır. Bu həm Avropada klub reytinqimizin yüksəlməsinə, həm də Azərbaycan klublarının tanınmasına və inkişafına birbaşa təsir edir.

Bu uğurların arxasında duran klub rəhbərliklərini, məşqçilərimizi, futbolçularımızı, klub əməkdaşlarımızı və azarkeşlərimizi ürəkdən təbrik edirəm, növbəti mərhələdə "Qarabağ"la yanaşı, "Zirə" və "Sabah"a uğurlar arzulayıram. Azərbaycan futbolsevərlərini klublarımızın yanında olmağa və onları dəstəkləməyə çağırıram”.

Qeyd edək ki, "Qarabağ" avrokubokların III mərhələsində "Lüdoqorets"lə (Bolqarıstan), "Sabah" "Sent Patriks"lə (İrlandiya), "Zirə" isə "Osiyek"lə (Xorvatiya) qarşılaşacaq.

writer photo
Əlirza Əlirzalı
0