“Qalatasaray” Okan Burukla müqaviləni uzatdı
07.06.2023 - 16:58
“Qalatasaray” Okan Burukla müqaviləni uzatdı

“Qalatasaray” baş məşqçisi Okan Burukla müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, Türkiyə təmsilçisi mütəxəssislə anlaşmanın müddətini bir il müddətinə artırıb.

İstanbul nəhəngi 1+1 illik müqavilədəki uzadılma bəndini aktivləşdirib. 50 yaşlı çalışdırıcı 2024-cü ilin yayına qədər İstanbul nəhənginə rəhbərlik edəcək. “Qaltasaray” müqavilənin uzadılması barədə Türkiyə Futbol Federasiyasını da məlumatlandırıb. 

Qeyd edək ki, Okan Buruk 2022-ci iyunundan “Qalatasaray”ın baş məşqçisidir.

writer photo
Əlirza Əlirzalı
0