"Latsio" Renat Dadaşovun keçmiş komanda yoldaşını istəyir
06.06.2024 - 12:21
İtaliya təmsilçilərindən "Latsio" "Hatayspor"un futbolçusu Fisayo Dele-Başirunu transfer etmək istəyir.
Apasport.az xəbər verir ki, A Seriya klubu 23 yaşlı nigeriyalı üçün Türkiyə klubuna 5 milyon avro önərib. "Hatayspor" isə 6 milyon avro və əlavə bonuslar tələb edib.
Dele-Başiru başa çatan mövsümdə Süper Liqada 36 oyuna çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
0
0