Tahir Gözel: "Son anadək "Slaviya" ilə düşəcəyimizə ümid edirdim"
23.02.2024 - 17:59
Tahir Gözel: "Son anadək "Slaviya" ilə düşəcəyimizə ümid edirdim"

"Qarabağ"ın prezidenti Tahir Gözel Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın "Bayer" klubuna rəqib olmaları barədə danışıb. 

Apasport.az xəbər verir ki, o, bu barədə klubun mətbuat xidmətinə açıqlama  verib. 

"Son ana qədər "Slaviya" (Çexiya) ilə düşəcəyimizə ümid edirdim. Ancaq "Bayer 04" ilə üz-üzə gələcəyik. Rekordlar qıran yenilməz komandadır. Bu mövsüm ən üst səviyyədə çıxış edirlər. Çətin oyun olacaq. Amma biz onları tanıyırıq və təcrübəmiz var. "Qarabağ"ın möhtəşəm qələbəsi bizi ruhlandırıb".

writer photo
Əlirza Əlirzalı
0