Tamaş Peto: "Görüşün çətin keçəcəyini bilirdik"
01.08.2024 - 00:04
Tamaş Peto: "Görüşün çətin keçəcəyini bilirdik"

Konfrans Liqasının II təsnifat mərhələsinin “Fehervar” (Macarıstan) – “Sumqayıt” oyunundan (0:0) sonra macar klubunun baş məşqçisi Tamaş Peto oyun haqda danışıb.

Apasport.az xəbər verir ki, mütəxəssis matçın qəliz olduğunu vurğulayıb: 

“2 komanda üçün çətin oyun oldu. Növbəti tura keçdiyimiz üçün çox sevincliyik. “Sumqayıt”ın çox yaxşı oyunçuları və baş məşqçisi var. Görüşün belə çətin keçəcəyini gözləyirdik, çünki “Sumqayıt” fiziki cəhətdən inanılmaz güclü bir komandadır. Onlara uğurlar arzulayıram”.

Tamaş öz komandasının da haqqını verib:

“Öz oyunçularıma gəldikdə isə, taktiki olaraq meydanda nə edəcəyimizi çox yaxşı bilirdik. Oyuna çox ciddi hazırlaşmışdıq.Və bu hazırlıqlar da öz nəticəsini göstərdi”.

writer photo
Əlirza Əlirzalı
0