Təmkin Xəlilzadə və Rizvan Fərzəliyev dünya çempionatında
23.10.2023 - 15:27
Təmkin Xəlilzadə və Rizvan Fərzəliyev dünya çempionatında

Azərbaycan minifutbol millisinin heyəti bəlli olub.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Baş məşqçi Elşad Quliyev Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatında 16 oyunçuya güvənəcək. Oyunçuların yarısı “Zirə”, yarısı “Birbaşa Bakı”nın üzvüdür. Təmkin Xəlilzadə və Rizvan Fərzəliyev də mundiala yollanacaq heyətdə yer alıb:

Davud Kərimi, Ağaseyid Qasımov, Tural Nərimanov, Rəvan Kərimov, Taleh Babayev, Mirkamil Əliyev, Seymur Məmmədov, Aleksandr Şemonayev (hamısı “Zirə”), Rizvan Fərzəliyev, Elvin Əlizadə, Cəfər Cəfərov, Mirmehdi Rzayev, Vəli Qafarov, Vüsal İsayev, Təmkin Xəlilzadə, Eşqin Tağıyev (hamısı “Birbaşa Bakı”).

Qeyd edək ki, G qrupunda yer alan yığmamız İraq, Misir və Tunislə üz-üzə gələcək. İlk turun oktyabrın 27-də keçiriləcək matçında rəqib İraq olacaq.
 

writer photo
Əlirza Əlirzalı
0