Azərbaycanlı futbolçu Polşada məşqçi oldu - FOTO
17.03.2023 - 01:26
Azərbaycanlı futbolçu Fuad Bayramov Polşada məşqçilik lisenziyası alıb.
Apasport.az-ın xəbərinə görə, 28 yaşlı yarımmüdafiəçi Varşavanın "Drukaj" komandasında məşqçilik edəcək. O, C kateqoriyalı məşqçi statusu alıb.
Qeyd edək ki, "İnter"in ("Keşlə"/"Şamaxı") yetirməsi olan Fuad Bayramov 2021-ci ildə Polşada "Ostrovyets" klubunda çıxış edib.
0
0