"Neftçi" yarımfinalda - YENİLƏNİB
09.02.2024 - 21:07
"Neftçi" yarımfinalda - YENİLƏNİB

Bu gün futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinə yekun vurulub.

Apasport.az xəbər verir ki, 1/4-in son cavab oyununda "Neftçi" "Sumqayıt"la qarşılaşıb. 

Matç 1:1 hesablı bərabərliklə başa çatıb. 

Beləliklə, turu keçən "flaqman" yarımfinalda "Qarabağ"la üz-üzə gələcək.

Azərbaycan Kuboku

1/4 final, cavab oyunları

9 fevral

19:00. “Neftçi” – “Sumqayıt” 1:1

Qol: F. Ozobiç, 26, Kehat, 40

İlk oyun - 3:2
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Neftçi Arena”

writer photo
Əlirza Əlirzalı
0