“Bayer”in əsas oyunçularının bəziləri oynamasa belə, “Qarabağ”üçün çətin olacaq. . Hər bir futbolçu meydançaya nəticə üçün çıxır”
Bu sözləri Azərbaycan millisinin sabiq kapitanı Tərlan Əhmədov apasport.az saytına açıqlamasında bildirib.
O, Avropa Liqasının qrup mərhələsinin bu gün baş tutacaq “Bayer” – “Qarabağ” matçı barədə fikirlərini bildirib: “Ağır oyun olacaq. “Bayer” köklü komandadır. O komanda ki, Almaniya Bundesliqasında liderlər qrupunda gedir, demək ki, onun optimal və konkretləşmiş heyətdi var. Almanlar heç vaxt uduzmağı xoşlamır. Nə olur olsun, oyunlara boş çıxmırlar. Onlar üçün komandanın imici öndə gedir. “Qarabağ”i ona görə də çox çətin oyun gözləyir”.
Əhmədov “Qarabağ”ın uğur qazana biləcəyini də mümkün sayıb: “Əgər, "Qarabağ" səhvsiz, konsentrasiyalı oynasa, rəqibdən 1 xal ala bilər. Bu futboldur, burda hər bir nəticə qaçılmazdı. Çox istəyərdim ki, "Qarabağ" bu oyundan heç olmasa bir xal götürsün. Çünki, “Molde” ilə qarşılaşmada "Haken"udsa, demək olar ki, "Qarabağ"la xalları bərabərləşdirir. Ondan sonra isə vəziyyət gərginləşəcək. Azarkeşlər komandanın 2-ci oyunçusu sayılır. Hər zaman da “Qarabağ”a dəstək olub, tək qoymayıblar. Komandanın uğurunda azarkeşlərin də böyük rolu var. Düşünürəm ki, meydançanın tam dolması ruh yüksəkliyi verəcək və "Qarabağ" öz fantlarının qarşısında yaxşı nəticə əldə edəcək”
Qeyd edək ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Almaniyanın “Bayer”ini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Qarşılaşma bugün saat 21:45-də start götürəcək.