Marko Veşoviç qışda Rusiya klubuna keçə bilər
12.10.2022 - 10:35
Marko Veşoviç qışda Rusiya klubuna keçə bilər

“Qarabağ”ın futbolçusu Marko Veşoviç karyerasını Rusiyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, qonşu ölkənin bir neçə klubu Monteneqro millisinin müdafiəçisinin transferində maraqlıdır.

Ruslar 31 yaşlı sağ cinah müdafiəçisinin meneceri ilə bununla bağlı artıq təmasa keçiblər. Futbolçu özü də Rusiyaya köçməyin əleyhinə deyil. Qış fasiləsində Premyer Liqa təmsilçilərindən konkret təklif gələrsə, Veşoviç transferdə maraqlı olacaq. Çünki oyunçu özü daha yüksək səviyyəli çempionatda oynamaq istəyir.

Qeyd edək ki, bu mövsüm “Qarabağ”ın heyətində 13 oyunda iştirak edən və 2 qola imza atan Marko Veşoviçin müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

writer photo
Əlirza Əlirzalı
0