Trossard “Arsenal”da
19.01.2023 - 16:24
Trossard “Arsenal”da

İngiltərə Premyer Liqasının lideri "Arsenal" belçikalı Leandro Trossardla ilkin müqaviləni razılaşdırıb. 

Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı “topçular” yayıb. 

28 yaşlı yarımmüdafiəçinin "Brayton"dan transferinin qış transfer pəncərəsində reallaşması gözlənilir. Trossardın klubdan ayrılmaq istəyində səbəb komandanın italiyalı baş məşqçisi Roberto De Zerbi ilə münaqişə yaşaması və yola getməməsidir.

Qeyd edək ki, 2019-cu ildən “Brayton”un formasını geyinən Belçika millisinin üzvü bu mövsüm 17 oyunda 7 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0