"Turan Tovuz"dan növbəti bərabərlik
22.07.2024 - 15:15
"Turan Tovuz"dan növbəti bərabərlik

Hazırlıqlarının ikinci mərhələsini Türkiyədə davam etdirən "Turan Tovuz" ikinci yoxlama oyununu keçirib.

Apasport.az xəbər verir ki, Türkiyə Super Liqası təmsilçisi "Adana Dəmirspor"la qarşılaşan qərb klubu məhsuldar heç-heçəyə razılaşıb - 3:3.

Qeyd edək ki, Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv daha əvvəl qardaş ölkənin digər təmsilçisi "Pendikspor"la bərabərə (0:0) qalmışdı.

writer photo
Əlirza Əlirzalı
0