Türkiyə Super Kubokunun keçiriləcəyi vaxt bəlli olub
09.07.2024 - 15:51
Türkiyə Super Kubokunun keçiriləcəyi vaxt bəlli olub

Türkiyə Futbol Federasiyası “Qalatasaray” və “Beşiktaş” arasında oynanacaq Super Kubok oyunu ilə bağlı müzakirələr aparır.

Apasport.az xəbər verir ki, Super Kubok görüşü böyük ehtimalla avqustun əvvəllərində baş tutacaq. 

Oyunun Türkiyədə keçirilməsi də əsas müzakirə mövzularından biridir. Tarix və stadionla bağlı son qərar klublarla məsləhətləşmədən sonra veriləcək.

Qeyd edək ki, Türkiyə Super Kubokunun son qalibi “Qalatasaray”dır.  
 

writer photo
Əlirza Əlirzalı
0