UEFA-dan Azərbaycan klublarına 1,9 milyon avro
16.02.2023 - 13:11
UEFA-dan Azərbaycan klublarına 1,9 milyon avro

Azərbaycan klubları UEFA-dan növbəti vəsaiti alıb.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində 2021/22-ci il  mövsümü üçün ayrılmış maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb. Ümumilikdə 1 milyon 899 min 996 avro ödənilib.

Vəsait ötən mövsüm Premyer Liqada oynamış və avrokuboklarınq qrupuna düşməyən klublara verilib.

“Neftçi” – 271.428 avro
“Zirə” – 271.428 avro
“Qəbələ” – 271.428 avro
“Sabah” – 271.428 avro
“Sumqayıt” – 271.428 avro
“Şamaxı” – 271.428 avro
“Səbail” – 271.428 avro

writer photo
Əlirza Əlirzalı
0