UEFA reytinqi: Azərbaycan 26-cı pillədə qərarlaşıb
22.08.2024 - 11:41
UEFA reytinqi: Azərbaycan 26-cı pillədə qərarlaşıb

Ölkələrin UEFA reytinqində dəyişikliklər olub.

Apasport.az xəbər verir ki, buna avrokubokların pley-off mərhələsinin ikinci gününün nəticələri səbəb olub.

Azərbaycanın sıralamadakı mövqeyi dəyişməz olaraq qalıb.

Ölkəmizin hesabında 18,875 xal var. Azərbaycan Avropada 26-cı yerdədir.

Ölkə reytinqi üçün “Zirə” 1,000, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

Qeyd edək ki, cədvələ 89,160 xalla İngiltərə başçılıq edir.

writer photo
Əlirza Əlirzalı
0